"Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm" - Qudası Şeyxin oğlu haqda xəbəri təsdiqlədi

img

17-09-2017 [18:29]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.

Bu barədə məlumatı Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə Musavat.com-a təsdiqləyib.

Hacı Qalib bildirib ki, Şeyxin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birgə dünən Türkiyəyə köçüb.

"Səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”, - Hacı Qalib deyib.

Q.Salahzadə M.Paşazadənin ölkəni həmişəlik deyil, müvəqqəti tərk etməsi ehtimalını bölüşməyib:

"Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, deyə bilmərəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA