“Gəncə Marafonu-2017”nin qalibi məlum olub - SİYAHI

img

17-09-2017 [11:41]


Heydər Əliyev Fondunun təşəbbüsü ilə "İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarları altında keçirilən "Gəncə Marafonu-2017”nin qalibi məlum olub.
 
APA-nın Qərb bürosunun məlumatına görə, birinci yerin sahibi Türkiyə vətəndaşı Üzeyir Söyləməz olub.
 
Marafonda ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.
 
Qadınlar arasında birincilik Ukrayna vətəndaşı Volentina Poltavıskaya nəsib olub. Qaçışı ikinci yerdə azərbaycanlı Anna Yusupova, üçüncü yerə isə Böyük Britaniya vətəndaşı Nataşa Petersen tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA