Sabirabadda polislə yerli sakinlər arasında qarzıdurma olub

img

12-08-2010 [12:38]


Kür çayında baş verən daşqınlar zamanı ziyan çəkən Sabirabad sakinləri dövlət tərəfindən onlara veriləcək kompensasiyanın düzgün hesablanmamasına etiraz əlaməti olaraq aksiya keçirir. Bu gün saat 10.00 radələrində Sabirabadın evlərini su basan Ulacalı, Mürsəlli və Şıxlar kəndlərinin 100-ə yaxın sakini Sabirabad ? Şirvan yolunu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə rayon polis şöbəsi və çevik polis alayının əməkdaşları gələrək aksiyanı yatırmağa çalışıblar. Bu zaman aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə 16 nəfər saxlanılaraq şöbəyə aparılıb. Hazırda onların ifadəsi alınır. Bu barədə aksiya iştirakçıları ANS PRESS-ə məlumat veriblər. Rayon polis şöbəsindən də faktı təsdiqləyiblər. Şöbə rəisi Adil Vəliyev bildirib ki, aksiya keçirən sakinlərin məqsədi onlara veriləcək kompensasiyanın düzgün hesablanmamsı olub. Hazırda aksiya davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA