Nazir idarə rəislərini topladı - Kənd Təsərrüfatı Nazirliyində müşavirə

img

16-09-2017 [17:11]


Bu gün Kənd Təsərrüfatı Nazirliyində (KTN) "2017-ci ildə pambıq istehsalı, tədarükü və emalı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, müşavirədə qurumun məsul işçiləri, pambıqçılıq rayonlarının kənd təsərrüfatı idarələrinin rəisləri, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri iştirak edib.

Pambıq tədarükü məntəqələrində mövcud vəziyyət, qəbul olunmuş pambıq məhsulunun vəsaitinin pambıq istehsalçılarına vaxtında verilməsi, pambıq zavodları və məntəqələrininkadr təminatı, pambıq qəbulu zamanı uçot hesabat sənədlərinin tərtibatı qaydalarının öyrənilməsi barədə KTN-nin məsul işçilərinin, pambıq rayonlarına təhkim olunmuş mütəxəssislərin və hər bir rayon kənd təsərrüfatı idarələrinin rəislərinin məlumatı dinlənilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA