"Ümidvaram ki, birgə səylər göstərəcəyik" - İlham Əiyev Çili liderinə məktub göndərdi

img

16-09-2017 [15:56]


Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikasının prezidenti Mişel Baçelet Xeriyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
Mia.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli xanım prezident, ölkənizin milli bayramı- Müstəqillik Günü münasibətilə sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı ikitərəfli münasibətlərin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA