Şimali Koreya lideri dünyaya meydan oxudu: "Davam edəcəyik"

img

16-09-2017 [11:25]


Şimali Koreya lideri Kim Çen İn BMT-nin sanksiya qərarına rəğmən, nüvə proqramlarını tamamlayacaqlarını bəyan edib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, o, hər hansı bir təzyiqin onları dayandıra bilməyəcəyini deyib.

Bu açıqlamadan sonra isə ABŞ-ın BMT Silahsızlaşdırma Konfransındakı daimi təmsilçisi Robert Vud Şimai Koreyaya qarşı ehtimal olunan hərbi güc tətbiqinə belə cavab verib: "Bütün planar masadadır. Fəqət, hazırda problemi diplomatik yolla həll etməyə çalışırıq".

Xatırladaq ki, BMT-nin iqtisadi sanksiya qərarına sərt təpki verən Şimai Koreya Japoniyanı okeana batırmaq, ABŞ-ı isə "külə çevirməklə" təhdid etmiş və növbəti raket sınağını həyata keçirmişdi.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA