Nazir əmr verdi - Yüzlərlə insan işsiz qalacaq

img

15-09-2017 [17:04]


Təhsil Naziri Mikayıl Cabbarov nazirlik tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə əmr imzalayıb.

Mia.az xəbər verir ki, "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, nazirin 233 saylı əmrinə əsasən 300-dən artıq məktəbdənkənar müəssisə ləğv olunub və onların birləşdirilməsi nəticəsində 130-a yaxın yeni müəssisə yaradılıb. Birləşmə nəticəsində kütləvi ixtisarların aparılması gözlənilir. Bu gün bir sıra müəssisələrdə müəssisə rəhbərləri iclas keçirərək nazirin müvafiq əmrini işçilərin diqqətinə çatdırıb və onlara könüllü şəkildə işdən çıxmaları ilə bağlı ərizə yazdırıblar.

Ləğv olunan müəssisələrdən birindən saytımıza daxil olan məlumata görə, işçilərin bəziləri işdən çıxarılma haqqında ərizə yazmaq istəmədiklərini, çünki yeni yaradılan müəssisədə bir sıra ştat yerlərinin ləğv olunması səbəbindən işsiz qalacaqlarını düşünüblər. Lakin müəssisə rəhbəri onlara ərizə yazmayan şəxslərin xüsusi qərarla birdəfəlik işdən cıxarılması barədə nazirlikdən tapşırıq aldıqlarını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA