Prezident Şabran dairəvi yolunun və körpü kompleksinin açılızında iztirak edib

img

12-08-2010 [11:47]


Avqustun 12-də Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun üzərində yerləşən Şabran dairəvi yolunun və körpü kompleksinin açılışında iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirdi ki, körpünün ümumi uzunluğu 540 metr, eni 23 metr, hündürlüyü isə 18 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda paslanmayan metaldan düzəldilmiş 23 işıq dirəyi quraşdırılmışdır. Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilmişdir. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir. Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanıb. Baş verə biləcək sel və daşqın sularının tənzimlənməsi üçün burada beton istinad divar nizamlayıcı sistem yaradılıb. Körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilirdi. Bu ərazidə 4 milyon kubmetr torpaq işi görülmüş, Şabran şəhərini su ilə təchiz edən, hər birinin tutumu 500 kubmetrlik üç su anbarı sürüşmə ərazisindən köçürülərək daha təhlükəsiz yerdə inşa edilib. Ərazidəki qaztənzimləyici məntəqə də təhlükəsiz yerə köçürülmüşdür. Bütün bu işlərdən sonra müasir standartlara cavab verən yol çəkilmiş və körpu ilə birləşdirilib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, inşaatçıları təbrik etdi, görülmüş işləri yüksək qiymətləndirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA