London metrosunda partlayış - 20 nəfər yaralandı/ YENİLƏNİB

img

15-09-2017 [14:00]


Londonda metroda partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb. "Sun” qəzetinin yazdığına görə isə partlayış qatarlardan birində baş verib. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir.

Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. "Biz metronun "Parsons-Qrin” stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər”, - deyə, polisdən bildirilib.

12:02
***

London metrosunda baş verən partlayış zamanı çoxlu sayda insan müxtəlif yanıq xəsarətləri alıb.

APA-nın "Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ən az 20 nəfərin yaralandığı deyilir.

Partlayışla əlaqədar əraziyə 58 yanğınsöndürən briqadası cəlb edilib.

Hadisənin terror olduğu ehtimal edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA