Baz Prokurorluqda əməliyyat müzavirəsi keçirilib

img

11-08-2010 [06:04]


Azərbaycan Respublikası Baş Prokurorluğuna əməliyyat müşavirəsi keçirilib. Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi və Baş Prokurorluğun əlaqədar idarələrinin rəhbər heyətinin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, Yardımlı rayon Prokurorluğunda aparılan kompleks yoxlamaların nəticələri müzakirə olunub. Qeyd edilən rayon Prokurorluğunun əməkdaşlarının və yoxlama komissiyasının üzvlərinin iştirakı ilə keçirilən müşavirədə yoxlama komissiyası sədrinin məruzəsi, Yardımlı rayon prokurorunun hesabatı əsasında həmin prokurorluq tərəfindən son 5 il ərzində ?Prokurorluq haqqında? qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyətinin, habelə yoxlama zamanı aşkar edilən çatışmazlıqların hərtərəfli və prinsipial müzakirələri aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA