12 yaşlı hamilə qızla bağlı son qərar verildi - Uşaq doğulmalıdır

img

14-09-2017 [16:29]


Həkimlər 12 yaşlı hamilə ana barəsində konsilium keçirib.

Mia.az xəbər verir ki, bu barədə AzNews.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 12 yaşlı qızla bağlı konsilium keçirilib:

"Qərara alınıb ki, 26 həftəlik hamiləlik dövründə 12 yaşlı uşaqda heç bir pataloji hal müşahidə olunmur. Həm ana, həm də onun bətnindəki uşağın inkişafı normal səviyyədə gedir. Uşaq həftəlik nəzarətdə olmalıdır. 12 yaşlı qız uşağı doğmalıdır”.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA