Bakıda mənzildən üzərində zorakılıq əlamətləri olan iki nəfərin meyiti tapılıb

img

11-08-2010 [05:17]


Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Hüseyn Cavid prospekti 546-cı məhəllə, ev 194-də iki nəfərin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, qətlə yetirilənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Onun 1982-ci il təvəllüdlü Qasımov Zamiq Qasım oğlu olduğu bildirilir. Digərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA