Bütün Qafqazın Şeyxi Hacı Allahzükür Pazazadə Azərbaycan xalqına müraciət edib

img

11-08-2010 [03:13]


Bu gündən 11 ayın sultanı, müqəddəs Ramazan ayı başlayır. Bu münasibətlə möminləri təbrik edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib, insanları bu müqəddəs ayda xeyirxah işlərə səsləyib. ?Əgər bir adamın atası, anası xəstədirsə, ehtiyacı varsa, bir oğul, övlad ona kömək etmirsə onun ibadəti qəbul edilməz. Əgər valideyin övladdan razı deyilsə, həmin şəxsin ibadəti qəbul olunmaz. Bu ayda Allah bir savabı min savab yazar. İnsan bu ayda pislik etməz, bağışlayar. Yalan danışmaz, qeybət etməz, kimsənin qəlbinə toxunmaz. Qonşunun ehtiyacını ödəyər, qonşuya köməklik göstərər. Bütün bunlar orucluğun ibadətinə daxildir. Ramazan ayında ibadət tək oruc tutmaqla deyil, həm də xeyir işlər görməklə edilir. Yaxşı müsəlman, yaxşı iman sahibi həm yaxşı dövlətçi olmalıdır. Əsil müsəlman həm dövlətini, həm bayrağını sevməlidir, həm torpağını azad etməyə hazır olmalıdır, həm ailəyə, valideyinlərə yaxşı münasibət bəsləməlidir?, - deyə Allahşükür Paşazadə vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA