Məhəmmədrza Şəfii Kədkəni - YAXŞI YOL!

img

12-09-2017 [15:46]


Dünyaca məşhur İran ədəbiyyatşünası Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də gözəl şeirlər müəllifi kimi tanınır.

Onun "Yaxşı yol!” adlı kiçik həcmli şeiri ölkəsində xüsusi populyarlıq qazanmış, müxtəlif dillərə tərcümə olunmuş, mətninə mahnılar bəstələnmişdir. Həmin şeirin Qumda yaşayan şair və tədqiqatçı Heydər Bayat tərəfindən Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim edirik.

- Haraya, de, tələsirsən? -

Küləkdən soruşdu gəvən.

- Ürəyim sıxıldı burda.

Həvəsin yoxmu çıxasan

Bu çölün tozanağından?!

- Həvəsəm başdan-ayağa,

Ayağım bağlıdır amma!

Haraya, de, tələsirsən?

- Hara olsa-olsun, ancaq

Bura olmasın, yoruldum.

- Sənə yaxşı yol, uğurlar!

Dəhşət ilə dolu çöldən

Salamat sovuşsan, ey dost,

Yağışa salam de məndən,

Çiçəyə salam de məndən!

Fars dilindən çevirən: Heydər Bayat


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA