12-09-2017 [14:08]
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Aleksandr Lapşinin əfvi və Mehman Əliyevin həbsdən azad olunması ilə bağlı AzərTAC-ın suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir"
- Fuad müəllim, Aleksandr Lapşinin əfvi və "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin həbsdən azad edilməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bu qərarları necə şərh edərdiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir.
Xatırlatmaq istərdim ki, 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır.
Digər tərəfdən, qəbul edilən çoxsaylı əfv və amnistiya aktları da bu humanist siyasətin tərkib elementləridir. Bildiyiniz kimi, 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. Eyni zamanda, həmin dövr ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3800-dən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla azadlığa çıxmış şəxslərin arasında müxtəlif cinayətlərə görə məhkum edilmiş jurnalistlər, bloqqerlər də olub. Yəni, əfvlə bağlı məsələlər dövlət başçısının diqqət mərkəzindədir, onun tapşırığı ilə Əfv Məsələləri Komissiyası məhkum olunmuş şəxslərin müraciətlərinə müntəzəm olaraq baxır. Bu, dinamik bir prosesdir.
Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, A.Lapşin ilə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi – cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq Sərəncam imzalayıb.
- İmzalanmış Sərəncamdan sonra Lapşinin İsrailə verilməsi məsələsi hələ də gündəmdədirmi?
- Sualınızla bağlı bir məsələyə aydınlıq gətirmək istərdim. Əfv Sərəncamından sonra bir sıra kütləvi informasiya vasitələrində Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb. Lakin burada müəyyən hüquqi anlayışlar qarışdırılır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab Prezidentin əfv Sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir.
Bizdə olan məlumata görə, A.Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər.
- Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib. Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub.
Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab Prezidentin 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu Sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.
Qeyd etməliyəm ki, həmin Sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi