12-09-2017 [11:17]
Ötən ay Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikanın ərazisində oxunması zəruri hesab etdiyi 30 kitab barədə sərəncam imzalaması ictimaiyyət arasında maraqla qarşılanıb.
Sərəncamda qeyd olunan kitablar arasında həm yerli, həm də dünya ədəbiyyatından məşhur yazarların əsərləri yer alıb.
Daha sonra sosial şəbəkələrdə həm siyasətçilər, həm iqtisadçılar, həm də ziyalılar maraqlı hesab etdikləri kitabların adlarını yazaraq oxumağı tövsiyə ediblər.
"Qafqazinfo” sözügedən sərəncamdan sonra Azərbaycanda nazirlərin ən sevdiyi kitab və əsərlərlə maraqlanıb.
Bildirək ki, ölkədə fəaliyyət göstərən əksər nazirliklərin mətbuat xidmətlərinin rəhbərlərinə bir neçə həftədir ki, bununla bağlı sorğu göndərsək də, cəmi 3 qurumdan müsbət cavab ala bildik.
Bəziləri təmsil etdikləri postun rəhbərini görmədiyini, bəziləri isə nazirin əlçatmaz olduğunu bildirərək sorğuda iştirakdan imtina etdilər...
Bizi isə sadəcə kitab maraqlandırırdı. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrafatı Nazirliyi, Xarici İşlər Nazirliyi,Nəqliyyat,Rabitəvə Yüksək TexnologiyalarNazirliyi, Səhiyyə Nazirliyi və Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbərləri isə mövzu ilə bağlı susmağı üstün tutdular...
Nazirlərin mütaliəsi ilə bağlı göndərdiyimiz sorğuya isə aşağıdakı bu 3 qurumdan dərhal cavab gəldi.
Mədət Quliyev -Dövlət TəhlükəsizliyiXidmətinin rəisi

Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsindən bildirilib ki, DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev Azərbaycan və dünya ədəbiyyatına aid klassik və müasir əsərləri mütaliə etməyi çox sevir:
"Xüsusilə dünya şöhrətli şair və mütəfəkkirimiz Nizami Gəncəvinin zəngin ədəbi xəzinəsinə, eləcə də xarici klassiklərdən Uilyam Şeksprin yaradıcılığına mütəmadi müraciət edir. Əlbəttə ki, gərgin iş qrafikinə baxmayaraq, vaxt ayırıb elmi-siyasi ədəbiyyatı, həmçinin müxtəlif janrlarda yazılmış yeni əsərləri də mütaliə edir. Qeyd olunmalıdır ki, ümumiyyətlə ölkəmizin əleyhinə yönəlmiş qəsdlərə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyətin əməliyyat-döyüş və mənəvi-psixoloji hazırlığının əsas tərkib hissəsi olaraq, hər bir əməkdaşın azərbaycançılıq məfkurəsini dərindən mənimsəməsi, mənəvi-əxlaqi saflığının, intellektual və elmi-mədəni səviyyəsinin daha da yüksəldilməsi, xidmət üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ilə dünyagörüşünün durmadan genişləndirilməsi üçün rəhbərliyin əmri ilə təsdiq olunmuş xüsusi proqramlar həyata keçirilir. Ulu Öndər Heydər Əliyev demişdir: "Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz”. Bu Ümummilli Lider Heydər Əliyev məktəbinin davamçılarının devizidir".
Hüseynqulu Bağırov-Ekologiya və təbii sərvətlər naziri

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dünya şöhrətli bir neçə yazıçının əsərlərini çox sevir. Bunların siyahısına İrving Vaşinqtonun "Əl –hambra” , Erix Mariya Remarkın bütün əsərləri ("Üç yoldaş”, "Qərb cəbhəsində yenilik yoxdur” və s.) Stefen Havkinqin isə "Zamanın qısa tarixi” əsərləri daxildir.
Səlim Müslümov-Əmək və əhalinin sosial müdafiəsi naziri

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə sorğumuzu cavablandırıb.
Nazir həmçinin siyahıdakı kitablar sırasında 6 əsəri - "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ni, "Kitabi-Dədə Qorqud” dastanını, Qurban Səidin "Əli və Nino” romanını, Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam” poemasını, Gi de Mopassanın "Gombul” və Sədi Şirazinin "Gülüstan” əsərlərini çox sevdiyini də diqqətə çatdırıb.
Hələ kiçik yaşlarından, hərfləri öyrənən vaxtlardan bədii kitablar oxumağa böyük həvəs göstərdiyini deyən S.Müslümov hələ orta məktəb illərində Azərbaycan ədəbiyyatının klassiklərini, habelə müasir Azərbaycan yazıçı və şairlərini böyük maraqla mütaliə etdiyini, həmçinin dünya ədəbiyyatı nümunələri ilə də yaxından tanış olduğunu qeyd edib.
Nazir həmçinin gənclik illərində Lev Tolstoyun, Nikolay Leskovun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Nikolay Şoloxovun, Qustav Floberin, Prosper Merimenin, Gi de Mopassanın, Jorj Sandın, Aqata Kristinin, Albert Kamyunun, Uilyam Folknerin, Jan Pol Sartrın, Qabriel Qarsia Markesin, Çingiz Aytmatovun və başqa məşhur qələm sahiblərinin əsərlərini sevərək oxuduğunu qeyd edib.
Bu gün də həyatını kitablarsız təsəvvür etmədiyini, həmişə yeni nəşr olunan kitablarla maraqlandığını bildirən S.Müslümov Paolo Koelyonun "Əl-kimyagər” və Gülşən Lətifxanın "Azəraida adası” kitablarının da onun sevimli kitabları sırasında olduğunu, bu kitabları oxumağı hər kəsə məsləhət bildiyini deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi