Qulu Məhərrəmli Hacıbala Abutalıbova etiraz etdi

img

10-09-2017 [15:09]


Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələ ətrafında yaranmış müzakirələr səngimir.

"Report" xəbər verir ki, bir sıra ictimai xadimlər, ziyalılar kafenin bağlanmasına etirazlarını ifadə edirlər.

Onlar arasında Bakı Dövlət Universitetinin professoru, tanınmış aparıcı Qulu Məhərrəmli də var. Q.Məhərrəmli baş verənlərin heç də təsadüfi olmadığını deyərək təəssüfünü ifadə edib: "Hesab edirəm, bir kafe ilə bağlı hay-küyün yaradılması məqsədli xarakter daşıyır. Bunun arxasında qeyri-sağlam qüvvələr dayanır. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müəmmalı ada görə hansısa kafeni bağlaması və məhkəmə qərarı olmadan sahibkarın əmlakına əl qoyulması qanundan kənardır. Hacıbala Abutalıbovun AYB-nin ünvanına səsləndirdiyi "erməni” ittihamı qeyri-etikdir. Zənnimcə o, cəmiyyəti də öz emosional davranışlarına şərik etmək istəyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA