Müəllimlərin yerləşdirilməsi yekunlaşdı - Nazirlik açıqladı

img

09-09-2017 [18:09]


Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak ediblər.

Bu il əlavə yerləşdirmə mərhələsində dörd mindən çox vakansiya elan olunub.

Qeyd edək ki, builki müsabiqədə iştirak üçün 50 minədək namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib. Müsabiqənin müsahibə mərhələsində 400-dək namizəd uğur qazana bilməyib. Ümumilikdə bu il dörd minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA