Azərbaycan nefti ucuzlaşdı

img

08-09-2017 [23:43]


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,15 dollar/barel azdır.

Mia.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 55,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 51,84 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA