Xaçmazda evləri su basdı - Sakinlər təxliyə edildi

img

08-09-2017 [14:14]


Xaçmaz rayonunda bir kəndi su basıb.

Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, quruma Xaçmaz rayonu, Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq köməksiz vəziyyətdə qalmış vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər. Əməliyyat saat 10:55-də başa çatıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA