İri gövdəli ağaclar qopdu, elektrik və rabitə xətləri qırıldı - Küləyin fəsadları

img

07-09-2017 [22:14]


Qərb bölgəsində güclü külək əsib.

Mia.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu gün saat 17 radələrindən əsməyə başlayan güclü külək bır sıra fəsadlar yaradıb. Gəncədə külək bəzi ərazilərdə iri gövdəli ağacların budaqlarını qırıb.

Aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçiriblər.

Samux və Şəmkir rayonlarında da külək iri gövdəli ağacları qoparıb. Həmçinin elektrik və rabitə xətləri qırılaraq yararsız hala düşüb. Şəmkirdə bir yaşayış binasının dam örtüyü də yararsız hala düşüb.

Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA