Ali məktəblərin boz yerlərinin və orta ixtisas məktəblərinə ixtisas seçiminin nəticələri sabah açıqlanacaq

img

11-08-2010 [11:17]


Ali təhsil müəssisələrinin vakant yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi üçün ayrılan vaxt başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali məktəblərin vakant yerlərinə və orta ixtisas məktəblərinə ixtisas seçimi üçün 24 min 88 nəfər ərizəsini təsdiqlədib. Nəticələrin avqustun 12-də elan olunması nəzərdə tutulur. Qeyd edək ki, ali təhsil müəssisələrinin vakant yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 10-da saat 24.00-da başa çatmalı olsa da, onun vaxtı avqustun 11-i saat 10:00-dək uzadılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA