Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı şikayətlər var - RƏSMİ

img

07-09-2017 [11:13]


Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər var.

Mia.az-ın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, bu cür şikayətlərin sayı çox deyil: "Ölkəyə idxal edilən benzin Avropa standartlarına uyğundur. Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".

R.Həsənov bildirib ki, şikayətlər əsasən Avro-4 və Avro-5 benzinlərinin köhnə avtomobillərdə istifadəsi zamanı yaranan problemlərlə bağlı olur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA