06-09-2017 [16:58]
Azercell Telekom MMC Kanadanın Ontario əyalətinin Tədqiqat, İnnovasiya və Elm naziri cənab Reza Moridi-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azercellrəsmiləri şirkətin prezidenti cənab Vahid Mürsəliyevin rəhbərliyi altında5 sentyabr 2017-ci il tarixdəşirkətin baş ofisində Kanadadan olan nümayəndə heyəti ilə görüş keçirib.Mehriban şəraitdə keçirilən görüş nazir Reza Moridi və Kanadadan olan nümayəndə heyətinin Azərbaycana, xüsusilə ölkənin sürətlə inkişaf edən mobil rabitə sektoruna göstərdiyi maraq çərçivəsində reallaşıb. Tərəflər Ontarioda fəaliyyət göstərən qurumlar və Azercell Telekomarasında mobil texnologiyalar, innovasiyalar, sahibkarlıq, insan qaynaqları və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif imkanları müzakirə ediblər.
Qeyd edək ki, Ontario əhali sayına görə Kanadanın ən böyük, ərazisinə görə isə 2-ci ən böyük əyalətidir. Hazırda ölkə əhalisinin təxminən 40%-i bu əyalətdə yaşayır. Kanadanın paytaxtı Ottava şəhəri və əhalinin ən sıx məskunlaşmış şəhəri olan Toronto bu əyalətdə yerləşdir. OntarionunTədqiqat, İnnovasiya və Elm Nazirliyi elmi kəşflərin, yeni texnologiya və məhsulların kommersiya yönümlü tətbiqinə dair işlər görür, həmçinin yeni iş yerlərinin açılması və əyalətin iqtisadi inkişafına dəstək vermək məqsədilə universitetlərdə, kollec və xəstəxanalarda fəaliyyət göstərən tədqiqat qrupları, sahibkarlar və biznes liderləri ilə sıx əməkdaşlıq edir.
Görüş zamanı nazir Reza Moridi Kanadanın Hökümət strukturu, ölkədə son illər ərzindəmüşahidə edilən iqtisadi inkişaf və Ontario əyalətinin İKT sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. O həmçinin 5G texnologiyasının tətbiqi, kiber təhlükəsizlik, süni intellektin və M2M texnologiyalarının (sürücüsüz avtomobil və s.) inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını və bu sahələrə iri həcmli investisiyaların qoyulduğunu qeyd edib. Nazir bildirib ki,Azercell şirkətinin naqilsiz rabitə texnologiyaları sahəsində əldə etdiyi uğurları nəzərə alaraq, Kanada şirkətləri ilə əməkdaşlığın həm şirkət üçün, həm də bütövlükdə Azərbaycan üçün faydalı olacağını hesab edir.
Öz növbəsində Azercell şirkətinin prezidenti Vahid Mürsəliyevnazir Reza Moridi və nümayəndə heyətinə ziyarətə və Azercell-i tərəfdaş şirkət hesab etdiklərinə görə öz minnətdarlığını bildirib. V. Mürsəliyev inkişaf etmiş Ontario əyaləti ilə Azərbaycanın qabaqcıl mobil operatoru və Cənubi Qafqaz regionunda İnnovativ Mobil Texnologiyalar sahəsində pioner şirkət sayılan Azercell Telekom arasında tədqiqat və innovasiya sahəsində əməkdaşlıq üçün xeyli sayda imkanların mövcudluğunu qeyd edib.Şirkətin prezidenti bildirib ki, bu əməkdaşlıq həmçinin Azercell abunəçilərinə yeni üstünlüklərgətirə bilər. Cənab Mürsəliyev Azercell-in telekommunikasiya sektoruna verdiyi tövhələrdən və İKT sahəsində düyanın ən peşəkar mütəxəssisləri sırasında olan şirkətin mühəndislərinin nailiyyətlərindən bəhs edib.
V.Mürsəliyev bildirib ki, Azercell hər bir vətəndaşın işini və həyatınını daha da rahat etmək üçün təhlükəsiz və innovativ texnoloji gələcəyin qurulması istiqamətində əməkdaşlıqlara açıqdır.
Görüşün sonunda xatirə fotosu çəkildi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi