06-09-2017 [15:35]
Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olmuşdur. Rayonda 8 ali, 26 tam orta, 2 xususi məktəb, 2 musiqi məktəbi və 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2016-2017-ci tədris ilində rayonun orta məktəblərini 1685 nəfər şagird bitirmiş, onlardan 1206 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 327 nəfəri 500-dən, 82 nəfəri 600-dən, 24 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 234 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 50 nəfər, Elitar Gimnaziyadan 25 nəfər, 54 saylı məktəbdən 20 nəfər, Bakı Türk Anadolu Liseyindən 17 nəfər, 23 saylı orta məktəbdən 14 nəfər, 5 saylı məktəbdən 11 nəfər 500-dən çox bal toplamışdır.
111 saylı tam orta məktəbin məzunu Hüseynova İlhamə Ramil qızı 700 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. 2016-2017-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 2 məzun qızıl medala layiq görülmüşdür.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2016/2017-ci tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda çıxış edənNəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərdiyi gənclər əldə etdikləri bilik və bacarıq, zəngin mənəvi kapital sayəsində respublikamızın təhsil, incəsənət, mədəniyyət və bir çox digər sahələr üzrə böyük inkişafın əsasını qoydular. Heydər Əliyevin rəhbərliyi ilə tez bir zamanda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı.
Asif Əsgərov daha sonra bildirdi ki, bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi "Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Asif Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın təhsilə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
Qəbul imtahanlarında 111 saylı tam orta məktəbin məzunu, 700 bal toplamış tələbə Hüseynova İlhamə çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş medallarla təltif olunub. Mən də qızıl medala layiq görülmüşəm. Bu etimadı doğruldaraq qəbul imtahanlarında 700 bal toplamış və Bakı Dövlət Universitetinə qəbul olmuşam. Ali məktəblərə qəbul olunan bütün tələbələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
111 saylı məktəbin direktoru Jalə Hacıyeva çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Məktəblilər milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək bal toplayan tələbələrə xüsusi təqaüd ayırması onları daha yaxşı oxumağa ruhlandırır, biz təhsil işçilərinin isə ölkəmizin gələcəyinə cavabdehlik hissini daha da artırır. Məktəblərdə təhsil alan şagirdlər yaradılan təhsil şəraitindən bəhrələnərək qəbul imtahanlarında fəal iştirak edib, yüksək bal toplayaraq ali məktəblərə qəbul olunublar.
Milli Məclisin deputatı Asim Mollazadə tədbirdə iştirak edən məzunları təbrik edərək bu uğurlarının ali məktəblərdə davam etməsini arzuladı. Bildirdi ki, onlar Vətən qarşısında öz borclarını hiss edərək , harada oxumaqlarından asılı olmayaraq göstərilən etimadı doğruldaraq, Azərbaycan gəncliyinin adına layiq olmalıdırlar.
Tədbirdə iştirak edən məzunlar, onların müəllimləri və valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan aztəminatlı ailələrdən, şəhid və müharibə veteranları ailələrindən olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.
Tədbirdə ali məktəblərə qəbulun nəticələrinə görə fərlənən - 23, 54,111 saylı tam orta məktəblərə, Elitar Gimnaziyaya, Texniki Humanitar Liseyə də xüsusi hədiyyələr təqdim edilmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi