Dünyanın ən yaxşı universitetləri... - Azərbaycanın adı siyahıda yoxdur

img

05-09-2017 [22:51]


Dünyanın ən yaxşı universitetlərinin yeni siyahısı açıqlanıb.

"Times Higher Education (THE)” jurnalı tərəfindən hazırlanan və 1102 universitetin yer aldığı siyahının zirvəsində "Oksford Universiteti” yer alıb.

2-ci yerdə "Kembric Universiteti”, 3-cü yerdə isə "Kaliforniya Texnologiya Universiteti” qərarlaşıb.

Elmi araşdırmalar, beynəlxalq əlaqələr, maddi göstəricilər və təhsil səviyyəsi əsasında hazırlanan siyahının ilk 10-luğunda aşağıdakı universitetlər var:

1. "Oksford Universiteti” (İngiltərə)

2. "Kembric Universiteti” (İngiltərə)

3. "Kaliforniya Texnologiya Universiteti” (ABŞ)

4. "Stenfor Universiteti” (ABŞ)

5. "Massaçesets Texnologiya Universiteti” (ABŞ)

6. "Harvard Universiteti” (ABŞ)

7. "Prinseton Universiteti” (ABŞ)

8. "London İmperial Kolleci” (ABŞ)

9. "Çikaqo Universiteti” (ABŞ)

10. "Sürix Federal Texnologiya Universiteti” (İsveçrə)

Qeyd edək ki, Azərbaycandan heç bir universitetin yer almadığı siyahıda qonşularımızdan - Türkiyədən 5, Gürcüstandan 1, Rusiyadan 25, İrandan isə 19 universitet ən yaxşılar arasında qərarlaşıb. Ermənistanın da heç bir universiteti siyahıya daxil ola bilməyib.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA