Bakıda 120 min dollara şir satılır

img

05-09-2017 [15:30]


Bakıda açılan ovçu mağazasında dünyanın 78 ölkəsindən ovlanıb gətirilmiş heyvanlar satılır.

"Hunting Republic" mağazasının meneceri Səbuhinin Unikal.org-a verdiyi məlumata görə, qiymətlər heyvanlara görə dəyişir: "Boz şirin qiyməti 56 min dollardır. Digər şirin qiyməti isə 120 min dollardır. Zebra ilə birgə olan şirin qiyməti isə 76 min dollardır. Satış yalnız dollarladır".

Heyvanların hansı ölkələrdən gətirilməsinə gəlincə, S.Rzayev bunları deyib: "Faiq müəllim dünyanın 78 ölkəsində ov edir. Ovlanan heyvanlar müxtəlif ölkələrdən gətirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA