İcra başçısı ilə konflikti olan sahibkarın ürəyi partladı - Göyçayda narazılıq

img

05-09-2017 [11:00]


Göyçay rayonunda icra başçısı ilə konflikti olan sahibkar ürək tutmasından vəfat edib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, "AVA-N" MMC-nin direktoru Mövsüm Muradov bayram günü qurban kəsib payladıqdan sonra ürəyi dayanıb.

Bir müddət əvvəl Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin göstərişi ilə M.Muradovun rəhbərlik etdiyi bazarın əsas giriş qapılarının sökülərək qapadılması səbəbindən narazılıq yaranmışdı.

Bazarda işləyən ticarətçilər buna etiraz olaraq aksiya keçirmişdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA