?Əlillik: inklyüziya və Müyəssərlik? mövzusunda dəyirmi masa keçirilib

img

10-08-2010 [02:34]


Bu gün Media Mərkəzində ?Əlillik: İnklyüziya və Müyəssərlik? mövzusunda dəyirmi masa keçirilib. MİA-nın xəbərinə görə, ?Müstəqil Həyat? İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov bildirib ki, Azərbaycanda əlillər üçün şərait yoxdur. İnklyüziv təhsil haqqında danışan A.Xəlilov bu təhsilə hələki 200-dən çox uşaq cəlb olunduğun söyləyib: ?İnklyüziv təhsil ancaq dövlət proqramı kimi, həm də təhsil proqramına əlavə edilərək universal olmalıdır. Əsas məqsəd proqram vasitəsilə komisiya qarşısında əlil uşaqların intellektual səviyyəsini artırmaqdır?. A.Xəlilov bu işdə dövləti, QHT-lərin və KİV-in dəstəyini gözlədiklərini deyib: ?İldə ancaq iki dəfə əlillər günü keçirilir, dövlət də, KİV-də bu problemləri ancaq bir gün yada salır və işıqlandırır. Bununla bağlı KİV-in də, dövlətin də dəstəyi olarsa biz bu problemləri tezliklə həll edərik?. Tədbir gedişində əlillərin problemlərilə bağlı video slayd da nümayiş olunub. Bununla bağlı çıxış edən əlil uşaqların valideyinləri də öz fikirlərini bölüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA