Qəbələdə yanğınlar davam edir - Nazirlik fövqəladə iş rejiminə keçdi

img

01-09-2017 [22:45]


Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.

Mia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, yanğının söndürülməsi üçün ETSN bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində ETSN və FHN-nin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər mövcuddur. Yanğının söndürülməsi işləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA