İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

img

01-09-2017 [17:42]


Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, təbrikdə deyilir: "Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Vyetnam münasibətləri xoş ənənələrə əsaslanır. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafı yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah diləyirəm".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA