Dollar yenidən ucuzlaşacaq - Ekspert proqnozu

img

01-09-2017 [17:36]


Bu gün ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) 19-20 sentyabr tarixlərində keçirəcəyi növbəti iclasına qədər olan son məşğulluq və əmək haqları göstəricisi açıqlanıb.

Mia.az "Report"a istinadən bildirir ki, göstəricilər kifayət qədər zəif olub və FED-in 2017-ci ilin sonuna qədər uçot dərəcəsini daha bir dəfə artırmaq ehtimalı puça çıxıb.

Belə ki, kənd təsərrüfatı sektoru istisna olmaqla avqust ayı üzrə məşğulluq göstəricisinin 180 min nəfər artacağı gözlənildiyi halda, faktiki artım 156 min nəfər olub. Bu göstəricinin 200 min və daha çox olması FED-in bu il faizləri artırmasına gətirib çıxara bilərdi.

Bununla yanaşı, avqust ayında saathesabı əmək haqqının 0,2% artması gözlənildiyi halda, faktiki artım 0,1% olub. Həmçinin, avqustda işsizlik göstəricisi iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi artaraq 4,4%-ə çatıb.

Nəticədə, qlobal bazarda ABŞ dolları kəskin ucuzlaşmağa başlayıb və əsas valyuta cütlüyünün cari məzənnəsi 1,19 USD/EUR səviyyəsindən 1,1970 USD/EUR-a qədər yüksəlib. Ekspertlər dolların ucuzlaşması prosesinin davam edəcəyini düşünürlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA