Ramil Usubov əmr verdi - Daha bir rəis təyinatı

img

31-08-2017 [18:30]


Daxili işlər naziri Ramil Usubov yeni rəis təyinatı ilə bağlı əmr imzalayıb.

Mia.az "BakuPost.az”a istinadən xəbər verir ki, nazirin əmri ilə İsmayıl Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib. Faktı saytımıza polis bölməsindən təsdiq ediblər. Bildiriblər ki, rəis təyinatı ilə bağlı məlumat verilsə də, hələ kollektivə təqdim olunmayıb.

Xatırladaq ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov avqust ayının əvvəlində tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA