31-08-2017 [17:57]
Bir neçə gündür ki, Sumqayıtda atmosferdə həddən artıq tüstü müşahidə olunur və dəhşətli qoxu şəhərin demək olar bütün nöqtələrində sakinlərə ciddi narahatlıq yaradır. Şəhərin çıxışında yerləşən poliqonda tullantıların yandırılması sakinlərin narazılığına səbəb olur. Dəfərlərlə bununla bağlı rəsmi qurumlara şikayət edən sakinlər yandırılan zibilin üfunətli iyindən evdən bayıra çıxa bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub MirzəyevModern.az-aaçıqlamasında deyib ki, Sumqayıtda zibil poliqonu 1990-cı ildə yaradılıb və müasir tələblərə cavab vermir.
"Həmin poliqona görə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. Zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulamışıq. Həmin əraziyə təkcə Sumqayıtdan yox, Abşerondan gələn tullantılar da daşınır. Gələcəkdə poliqonun ləğv edilməsi və orada emaledici qurğunun tikilməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”.
Nazirlik rəsmisi bildirib ki, həmin ərazidə tullantıların yandırılmasına görə, dəfələrlə fiziki şəxslər cərimə olunub.
"Sonuncu dəfə 500 manat cərimə tətbiq olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub göndərmişik. Xahiş etmişik ki, bununla bağlı tədbirlər görsünlər”.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, pis qoxuya səbəb zibil poliqonunda tullantıların yandırılması deyil.
"Sumqayıtın Xəzər bağları yaşayış massivinin aşağı hissəsində - dənizkənarının yaxınlığında 10 hektara yaxın qamışlıq ərazidə yanğın baş verib. Ərazidə qamış köklərinin tüstüləyən hissələrini tamamilə söndürmək üçün Sumqayıt şəhər Yanğından Mühafizə qarnizonunun texnika və canlı qüvvəsi, habelə Sumqayıt şəhət İcra Hakimiyyətinin ağır texnikası cəlb edilib. Hazırda isə şəhər ərazisində pis qoxu hiss edilmir.
Zibil poliqonun ləğv edilməsi və orada emaledici qurğunun tikilməsi istiqamətində məsələyə gəlincə isə bu istiqamətdə Sumqayıt şəhər İcra Hakimiyyətində müvafiq tədbirlər görülür. Artıq bir aydır ki, bu istiqamətdə işlər aparılır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi