Müdafiə Nazirliyindən ermənilərə cavab - "Yalan və dezinformasiyadır"

img

31-08-2017 [14:27]


Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: "Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA