Prezident Xətaidəki parkın açılızında iztirak edib

img

10-08-2010 [01:34]


gn=left]2010/prez-acilis-2.jpg[/libt] Avqustun 10-da Prezident İlham Əliyev Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub. Dövlət başçısının park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan və Xətai rayonunun bu ərazisinə xüsusi yaraşıq verən park sakinlərin sevimli istirahət guşələrindən biridir. Prezident İlham Əliyevə məlumat verilib ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılıb. Burada 5 min müxtəlif ağac və gül kolları əkilib, əyləncə qurğuları, kölgəliklər quraşdırılıb, uşaq oyun kompleksləri düzəldilib. Parkda müxtəlif formalı 70-ə qədər oturacaq, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb. Parkdaxili piyada yolları salınmış, transformator məntəqəsi tikilib, su quyusu qazılıb, ərazidə suvarma sistemi quraşdırılıb, su anbarı inşa edilib. Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılıb, fasadlar rənglənilib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA