30-08-2017 [15:47]
Bir müddət öncə it dişləməsindən sonra dünyasını dəyişən 5 yaşlı Zeynəb Mikayılovanın valideynləri səhlənkarlıq edən həkimlə bağlı Sumqayıt şəhər prokurorluğuna şikayət ediblər.
Mia.az xəbər verir ki, zərərçəkənlər mərhumu müayinə və müalicə edən, işinə səhlənkar yanaşan həkimin qanun qarşısında cvab verməsini tələb edirlər. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Sumqayıt şəhər 10-cu mkr ərazisində 31.07.2017-ci il
tarixində qızım 11.09.2012-ci il təvəllüdlü
Mikayılova Zeynəb Elçin qızına naməlum küçə iti tərəfindən hücum olmuşdur. Ailə
üzvlərimiz tərəfindən təcili Sumqayıt şəhər TTYX-sına çatdırılan qızım Zeynəb nəzarət
altına götürülmüş, həkim Mahal Məmmədov tərəfindən ilkin tibbi yardımlar göstərilmiş,
xəstəxana rəhbərliyinin verdiyi məlumata əsasən yaralar cərrahi işlənmiş,
anterabin vaksin və tetanus əleyhinə anatoksin vurulmuşdur. 3 avqust tarixində Zeynəbə ikinci dəfə anterabin vaksin vurulmuş, 4 avqust tarixində
isə yaralının vəziyyəti qənaətbəxş hesab
olunmuş və evə buraxılmışdır.
Qızımı evə gətirdikdən sonrakı müddətdə xəstəxanadan xəstənin
vəziyyəti ilə bağlı bir dəfə də olsa, maraqlanmadılar. Avqust ayının 7-si növbəti
vaksinin vurulması üçün xəstəxanaya müraciət etmişik, lakin bizə bildirilib ki,
hal hazırda xəstəxanada vaksin qalmamışdır. Bundan sonra bizi yönləndirdilər
Bakı şəhər 1 saylı TTYX-na, növbəti vaksini də burada vuruldu və biz yenidən evə
qayıtdıq. 14 avqust tarixində qızım Zeynəbin saglamlığında kəskin ağırlaşma
halları müşahidə olunmağa başlamış belə ki, hərarəti yüksəlmiş, öyümə qusması,
qorxu həyəcan və sudan qorxu halları müşahidə olunduqda onu yenidən Sumqayıt
TTYX-sına apardıq. Həkimlər qızım Zeynəbin sağlıq durumuna baxdıqdan sonra onu
təcili N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasına göndəriş
verdilər. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında
ilkin baxışdan sonra bizə bildirdilər ki, artıq edə biləcəyimiz bir şey
qalmayıb. 17.08.2017-ci il tarixdə qızım Mikayılova Zeynəb dünyasını dəyişmişdir.
Tibbin bu mərhələyə qədər inkişaf etdiyi bir zamanda it disləməsindən quduzluq xəstəliyinə yoluxmaq həkim səhlənkarlığıdırmı, savadsızlıqdırmı, ya təqdiri-ilahimi adlandıraq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən quduzluq əleyhinə olan vaksin və zərdablar xəstəyə düzgün tətbiq olunacağı təqdirdə ölüm riski tam olaraq aradan götürülür.
Bundan əlavə, Sumqayıt şəhər səhiyyə şöbəsinin rəsmi açıqlamasında göstərilir ki, guya 4 avqust tarixində valideyinin təkidi əsasında xəstə evə buraxılmışdır.
Lakin bu tamamilə yalnış məlumatdır. Quduzluq virusuni yoluxma riski olan şəxs uşaq olduğu, xəsarət yeri mərkəzi sinir sisteminə yaxın olduğu üçün gizli dövr bir həftəyə qədər qısala bilər, bu müddətdə xəstə nəzarətdə saxlanılmalı antirabik zərdab və ya immunoqlobulin inyeksiyasi ilə passiv imunitet yaradılıb antirabik vaksinin aktiv immunitet yaratması üçün lazim olan müddət təmin edilməli idi. Sumqayıt şəhər TTYX-sının həkimi Mahal Məmmədovun səhlənkarlığı və ya tibbi biliyinin kafi dərəcədə olmaması nəticəsində 5 yaşlı Zeynəb evə buraxılmış və bir dəfə də olsa, evində proflaktik baxış keçirilməmiş, ümumiyyətlə, səhhəti ilə maraqlanılmamışdır. Xəstəliyin ilk simptomlari 12 gün sonra ortaya çıxmışdı. Quduzluq infeksion xəstəlikdir. Bu virus xəstəlik başlamazdan 8 gün əvvel ağız suyu ilə ifraz olunur yoluxma dişləmə ilə yanaşı, ağız suyunun dəri ilə bulaşması ilə də baş verir. Evimdə daha iki azyaşlı uşağım da ( 7 yaşında bacısı və altı aylıq qardaşı) bacıları ilə oyanayıb xəstəliyə yoluxa bilərdilər. Zeynəbin və uşaqların sağlamlığını heçə sayan həkimlərin öz əməllərinə görə qanun qarşısında cavab verməyini və bu işin daha detallı araşdırılmasını xahiş edirik.
Qeyd edim ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, xəstə uşağın valideyinlərinin şifahi xahişi əsasında vaxtından əvvəl xəstəxanadan evə yazılmasına və bu barədə ərazi 1 nömrəli Uşaq Polikilinikasına xəstə uşaq üzərində nəzarət olunması üçün bildiriş verilmədiyinə görə Sumqayıt şəhər TTYX-nın uşaq travmatologiyası şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət, şöbə müdiri Məharət Xasayevə isə töhmət verilmişdir. Halbuki Sumqayıt şəhər TTYX-sı qızım Zeynəbi təxirəsalınmaz şəkildə təcili olaraq ilkin cərrahi müdaxilədən sonra yolxucu xəstəliklər xəstəxanasına göndərişin verməli idilər. İlk gündən səhlənkarlıq nəticəsində xəstəliyə heç bir aidiyyatı olmayan şöbədə saxlanılmış və belə bir sonluqla qarşılaşmaq məcburiyyətində qaldıq.
Baş vermiş ölüm hadisəsində hər hansısa səhlənkarlığın,
cavabdeh şəxsin( və ya şəxslərin) hərəkət və ya hərəkətsizliyindən doğan nəticənin
araşdırılmasını, günahkarın və ya
günahkarların hüquqi müstəvidə layiqli cəzalarının alınmasında, baş vermiş
hadisənin arasdırılmasına birbaşa nəzarət etməyinizi Sizdən xahiş edirəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi