Gömrükçülərdən hava limanında əməliyyat - "Beşbarmaq" aşkar edildi

img

29-08-2017 [11:33]


İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Bu barədə Mia.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA