Ramil Usubov əmr verdi - Polis gücləndirilmiş iş rejimində olacaq

img

29-08-2017 [11:10]


Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Mia.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti sentyabrın 1-dən 5-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur.

Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA