Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli oldu

img

29-08-2017 [10:56]


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.

Təhsil Nazirliyindən bildirilib ki, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, office@edu.gov.az və Vətəndaşların Qəbulu Mərkəzivasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA