Ucuz dövlət maşınları satışa çıxır - "Mitsubishi" 3750 AZN, "Opel" 1500 AZN + QİYMƏTLƏR

img

28-08-2017 [15:32]


Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək.

Dövlət komitəsi avqustun 29-da baş tutacaq hərraca 6 ədəd nəqliyyat vasitəsi çıxarılacaq.

1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət Mühafizə Xidmətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA