Prezident ilham Əliyev Ağır Cinayətlərə Dair izlər üzrə Hərbi Məhkəməni ləğv edib

img

10-08-2010 [02:27]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi ilə məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilib. Həmin fərmana əsasən hərbi məhkəmələrin strukturunda dəyişiklik olunub. Belə ki, Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi təşkil olunacaq. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv edilib. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılacaq. Cəlilabad Hərbi Məhkəməsinin təşkil edilməsi, habelə hərbi məhkəmələrin ərazi yurisdiksiyasının və səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar fəaliyyətlərinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələr ilə təmin edilməsi məqsədi ilə tədbirlər görülməsi Nazirlər Kabinetinə həvalə olunub. Hakimlərin və müvafiq olaraq məhkəmə aparatları işçilərinin sayının artırılması ilə bağlı xərclər 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA