Silah anbarında baş verən yanğın davam edir - Kəmaləddin Heydərov hadisə yerində

img

27-08-2017 [15:53]


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.

Yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur. Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.

Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.

Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA