Nazirlik partlayışa görə gücləndirilmiş iş rejiminə keçdi

img

27-08-2017 [14:36]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərbi hissənin silah anbarında baş verən partlayışla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə baş verən ərazidə meşə zolaqlarının qorunması üçün lazımı tədbirlər görüləcək.

"Artıq bu hadisədən xəbardarıq. Nazirlik əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Hadisə baş verən yerdə meşə zolaqları var. Tərəfimizdən lazımi tədbirlər görüləcək".

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisə ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi təxliyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA