Partlayışdan sonra bəzi evlər yanıb - Əhali evakuasiya olunur, ölən və yaralananlar barədə məlumat yoxdur

img

27-08-2017 [13:36]


Hərbi hissədə silah anbarında baş vermiş partlayışla əlaqədar təhlükəsizlik məqsədilə əhalinin evakuasiyası davam edir.

Mia.az xəbər verir ki, Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından apa-ya bildirilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur. Silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.

Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.

Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub.

Yanğınların qarşısı alınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA