Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb - Nazirlik rəsmi məlumat yaydı

img

27-08-2017 [13:34]


Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, onların hamısında qəlpə yaraları olub.

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA