Ermənilər Ağdərədən mövqelərimizi topla atəşə tutmaq istədilər – Özləri yaralandılar

img

26-08-2017 [12:38]


Ağdərədəki yerləşən Ermənistan ordusunun hərbi hissələrinin birində iki hərbçi yaralanıb.

Mia.az haqqın.az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni istifadəçiləri məlumat yayıblar.

Məlumata görə, hərbi qulluqçular – Qrişa Sovoyan və Manvel Sadoyan - top qundağının zərbəsi nəticəsində ağır xəsarət alıblar. Onların Azərbaycan mövqelərinə atəş açmaq istədikləri bildirilir.

Qeyd olunur ki, hadisə artilleriya qurğusunu quraşdırarkən hərbçilərin təcrübəsizliyi ucbatından baş verib.

Yaralı hərbçilərin qohumları isə bildiriblər ki, Ermənistan ordusunun son zamanlar orduda baş verən bu cür hadisələri gizlədir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA