Mehman Əliyevə qarşı daha bir ittiham - Qanunsuz sahibkarlıq

img

25-08-2017 [14:55]


"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

Vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA