25-08-2017 [14:27]
Türkiyənin Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə razılığa gəlməsi Ermənistanda əməlli-başlı qorxu yaradıb.
Birincisi ona görə ki, Türkiyənin alacaqları S-400-lərin Naxçıvanda da yerləşdirilə bilmək ehtimalı elə Ermənistanın özündə səslənib. Bir müddət öncə erməni analitik Stepan Safaryan bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərini alsa, bunlardan birini Azərbaycana verə bilər.
"Bu mümkündür. Türkiyə Azərbaycana başqa ərazilərdə keçirilən hərbi əməliyyatlarda kömək edə bilməyəcəksə, Naxçıvanda bunu edə bilər. Və hava hücumundan müdafiə sistemlərini Naxçıvanda yerləşdirə bilər. Naxçıvan Azərbaycanın "Axilles dabanı”dır. Türkiyə tərəfindən bu sistemlər Naxçıvana yerləşdirilsə, bu, Yerevana təhdid olacaq”- Stepan Safaryan belə demişdi.
İkincisi isə, ümumiyyətlə Ankara ilə Moskvanın hərbi sferada dərin əməkdaşlığa başlaması Ermənistanın maraqlarına cavab vermir. S-400 kimi super silahların Türkiyəyə satılması Ankara ilə Moskva arasında əməkdaşlığın daha da dərin mərhələsidir və bu, Kremlin regional strategiyasının Ermənistanın xeyrinə olmadığı qənaətini irəli sürmək üçün arqumentlər verir.
Ermənistanın analitik portalları yazır ki, belə əməkdaşlıqdan sonra Rusiya Türkiyəyə əsas təhlükə kimi baxmayacaq və Ankaranı özünün əsas rəqibləri sırasında görməyəcək.
S-400-lərin alqı-satqısı ilə bağlı müqavilə yalnız hərbi-texniki komponentə malik deyil, bu, həm də özündə siyasi məzmunu əks etdirir.
Türkiyənin geosiyasi prioritetləri sırasında Qarabağ münaqişəsinin həlli, ikinci plandadır desək, yanılmarıq. Lakin bu, heç də o demək deyil ki, Türkiyə Qarabağ münaqişəsinin həllini Azərbaycanın xeyrinə istəmir – belə düşünmək də sadəlövhlük olardı.
Bu kontekstdə Rusiya-Türkiyə hərbi əməkdaşlığının spektrini genişləndirməsi şübhəsiz ki, Cənubi Qafqaz regionunda da iki ölkənin birgə addımlar atacağına işarədir. Bundan isə ən çox narahat olan Ermənistandır – ona görə ki, Moskva-Ankara əməkdaşlığı Qarabağ probleminin həllində də mühüm rol oynaya bilər.
Ermənistanda həm də 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış Moskva və Qars müqavilələrinin doğuracağı nəticələr də gündəmə gəlib.
"Bu sənədlər Ermənistanın maraqlarına ciddi zərbədir. İndi isə bu müqavilələrin təhlükəsi daha böyükdür. Ona görə ki, Moskva ilə Ankara arasındakı dərinləşən münasibətlər Qarabağ məsələsində də yeni çağırışlar doğura bilər” – bunu Ermənistanın 1in.am analitik saytı yazıb.
Xatırladaq ki, bu sənədlərə görə Naxçıvanın təhlükəsizliyi Türkiyə tərəfindən qorunur.
Ermənistan mətbuatı Yerevanı qorxuya sala biləcək daha bir iddia irəli sürüb – məsələn, ATƏT-in Minsk qrupunun həmsədrlərini nizama salma prosesində sıxışdırmaqla Rusiya və Türkiyə razılığa gələ bilər.
Ermənistan isə təbii ki, açıq şəkildə Moskvaya qarşı gediş edə bilmir, çünki onun Rusiyadan dərin asılılığı var. İndi isə Rusiya-Türkiyə əlaqələrinin genişlənməsi fonunda Ermənistan diplomatiyası növbəti uğursuzluğunu yaşayır deyə bilərik. Rusiya-Türkiyə münasibətlərinin dərinləşməsi isə Ermənistanın daha böyük uçuruma düşməsi prosesinə sürətləndirir.
Qeyd edək ki, Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra S-400-lərin satışı ilə bağlı qüvvəyə minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq.
2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.
Bunun yerləşdirilməsindən sonra isə Türkiyə ilə Rusiyanın bu sistemi birgə istehsal edəcəyi gözlənilir.
Lakin bu müqavilənin konkret hansı tarixdə imzalanacağı bəlli deyil. Bununla belə, məlumdur ki, Türkiyənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi