11 saxta diplom aşkarlandı - Nazirlikdən açıqlama

img

25-08-2017 [12:14]


Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb.

Bu barədə Mia.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Nazirlikdən bildirilib ki, avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Burada namizədlərin diplomlarının uyğunluğu yoxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA